Vatsap mesajlarını oxumaq mümkündür? – Video

“Vatsap izləmə xidməti, istədiyiniz nömrəni təqdim edin, votsap yazışmalarını oxuyun” kimi reklamlarla son zamanlarda tez-tez rast gəlinir.
Bəs həqiqətən də başqa birinin vatsap mesajlarını oxumaq mümkündürmü?
Mövzu ilə bağlı texnobloger Fərid Pərdəşünas “Xezerxeber”ə danışıb.
Onun sözlərinə görə, normal vatsap işlədən insanların yazışmalarını izləmək qeyri-mümkündür. Lakin bəzi hallarda vatsap yazışmaları izlənilə bilər. Bu da kənar mənbələrdən “vatsap+”, yaxud da vatsapın alternativ versiyaları yükləndikdə mümkündür. Çünki belə olduğu halda smartfondakı bütün məlumatlar üçün təhlükə yaranır.
Daha ətraflı videomaterialda:
Körpü uçub, qəsəbə ilə əlaqə kəsilib – Video

Güclü yağış Qaradağ rayonu, Umbakı qəsəbəsi ilə mərkəzi birləşdirən yolun üzərindəki körpünü uçurdub.
Bu səbəbdən qəsəbənin rayon və şəhər mərkəzi ilə əlaqəsi tam kəsilib.
Sakinlər deyirlər ki, həmin körpü 2015-ci ildə əsaslı təmir olunub. İddia edirlər ki, maksimum 8 ton yükdaşıma qabiliyyəti olan körpünün uçmasının əsas səbəbi əslində təkcə sel suları deyil. Başlıca səbəb ağırtonnajlı maşınların yüklü formada körpüdən keçmələridir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, problemdən xəbərdardırlar və ərazidə iş gedir.
“Xəzər TV”nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
“Beş-altı ay idi evlənmişdilər” – Yasamaldakı qətlin detalları+Video

Aprelin 16-sı paytaxtın Yasamal rayonunda baş verən dəhşətli qətl hadisəsinin bəzi detalları məlum olub.
Amansızlıqla qətlə yetirilən Xumar Məmmədovanın iş yerindən ailəsinə zəng edib onun işə getmədiyi barədə məlumat veriblər.
Bundan sonra X.Məmmədovanın qardaşı onun evinə gedərək cansız bədənini aşkar edib.
Qətli törədən ər-Bürhan İlham oğlu Məmmədov isə axşam saatlarına qədər qaçıb gizlənib, günün sonunda yaşadığı binanın digər blokunun 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.
Binanın komendantının sözlərinə görə, cütlük 5-6 ay əvvəl ailə qurubmuş:
“Beş-altı ay idi evlənmişdilər, burada qalırdılar. Normal və sakit ailə idilər. Heç bir problemləri də yox idi. Nə səbəbə baş verib bilmirik. Xanım işə getməyib. İş yerindən ata-anasına zəng ediblər. Qardaşı da gələrək qapını qırıb görüb ki, bacısı ölmüş vəziyyətdədir”.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı BakuTV-nin süjetində:
Ödənişli yolu da su basıb – Video

Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşıb.
Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yolla paytaxt istiqamətində hərəkət qismən bərpa olunub.
Hazırda güclü yağışın yolda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində operativ gərargah yaradılıb, əraziyə xüsusi texnika və qüvvə cəlb olunmaqla mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.
***
AAYDA-nın yaydığı məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsinin yaratdığı fəsadlar tam olaraq aradan qaldırılıb.
Qubada sel evi yerlə bir etdi – Video

Ötən gün yağan güclü yağış Qubanın Amsarqışlaq kəndində də ciddi fəsadlar törədib.
Sel nəticəsində Amsarqışlaq kəndinə gedən yeni yol su altında qalıb, həm də bağ sahələri, pomidor tarlaları və bir sıra fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.
Kəndin kənarından keçən çay daşaraq ətraf əraziləri basıb və kənd stadionunu yararsız vəziyyətə salıb. Sakin Tərlan Haktarinin yaşadığı evin yan divarları selin gücünə tab gətirməyərək aşıb, ev tamamilə qəzalı vəziyyətə düşüb. Ailə məcburiyyət qarşısında qohumlarının evinə köçüb.
Digər sakin Akif Babayevin də fərdi yaşayış evinə sel suları dolub.
Hazırda ərazidə təmizləmə və bərpa işləri aparılır.
Qeyd edək ki, aramsız yağan yağışlar Qubanın Çiçi kəndində də yaşayış evlərini dağıdıb. Bəzi evlərin giriş-çıxışını, damları sel yuyub aparıb, mənzillər uçma təhlükəsi ilə üz-üzədir.
Quba Rayon İcra Hakimiyyətindən hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər görüldüyü bildirilib.
Emin Kərimov
Göygölün səsi… – Video

Göygöl Milli Parkına qar yağıb.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sosial şəbəkə hesabında paylaşım edilib.
Videoda ağ örpəyə bürünmüş dağların əhatəsində, buz kimi təmiz suların görüntüsü yer alıb. Təbiətin sakitliyini pozan yeganə səs isə suyun şırıltısıdır.
Qeyd edək ki, Göygöl Milli Parkı hər fəsildə fərqli gözəlliyi ilə diqqət çəkir. Bu cür qar mənzərələri isə yaz aylarında nadir hallarda müşahidə olunur.
Həmin görüntüləri təqdim edirik:
Ödənişli yolu da su basıb – Video

Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşıb.
Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yolla paytaxt istiqamətində hərəkət qismən bərpa olunub.
Hazırda güclü yağışın yolda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində operativ gərargah yaradılıb, əraziyə xüsusi texnika və qüvvə cəlb olunmaqla mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.
Sabunçu tunelində də suçəkmə işləri yekunlaşıb – Video

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.
Bu haqda FHN məlumat yayıb.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Abşeron, Qobustan və Şamaxı rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.
Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 19-u uşaq olmaqla ümumilikdə 53 nəfər vətəndaş təxliyə olunub.
Görüntülərdən aydın olur ki, ötən ilin oktyabrında iki nəfərin boğularaq öldüyü Sabunçu rayonu ərazisindəki tuneldə də suçəkmə işləri aparılıb.
Uşaqlar su basan ərazilərdən çıxarılır – Video

Xəbər verdiyimiz kimi, ölkə ərazisində qeydə alınan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq DİN əməkdaşları gücləndirilmiş rejimdə işləyir.
Polis əməkdaşları Xaçmaz və Qusarda da xidmət başındadır. Belə ki, adıçəkilən ərazilərdə polislər su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış vətəndaşların, xüsusilə uşaqların təxliyəsinə yardım ediblər.
Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bakı-Quba yolunu su basdı, maşınlar ödənişli yola yönləndirildi – Video

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 73-cü kilometrliyində leysan xarakterli yağış səbəbindən acınacaqlı vəziyyət yaranıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yağan yağış yolda avtomobillərə çətinlik yaradıb.
Sözügedən görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, həmin ərazidə nəqliyyatın axını ödənişli yola yönəldilib: “Hazırda ölkə ərazisində leysan xarakterli yağan yağış səbəbindən dağlıq ərazidən axıb gələn su kütləsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobili yolunun 73-cü kilometrliyində yolun bir hissəsini su basıb. Bununla əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyatın hərəkəti qısa müddətdə məhdudlaşdırılıb.
Həmin ərazidə nəqliyyatın axını ödənişli yola yönəldilib. Hazırda əraziyə aidiyyəti qurumlarla birgə texnikalar cəlb olunub. Yol Patrul Xidmətinin əməkdaşları ilə birgə hərəkətin tənzinlənməsi istiqamətində zəruri tədbirlər görülür”.
Polis suya düşən sürücünü belə xilas etdi – Video

Paytaxtın Qaradağ rayonunda “Lexus” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su hövzəsinə düşüb.
Hadisə bu gün günorta saatlarında qeydə alınıb. Boğulma təhlükəsi ilə üzləşən və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan sürücü polis əməkdaşlarının köməyi ilə xilas edilib.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar olaraq DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır. Daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilir.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Çoxmərtəbəli binalardakı mənzilləri də su basdı – Video

Ötən gündən bəri davam edən intensiv yağış nəticəsində Bakıda bəzi yaşayış binalarını su basıb.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Görüntülərdən də aydın olur ki, yağış suları təkcə həyət evlərində deyil, çoxmərtəbəli binalarda mənzillərdə də problemlər yaradıb. Evlərin divarlarından, hətta çilçıraqlarından da su axır.
Həmin görüntüləri təqdim edirik:
Təcili yardım maşını da suda batdı – Video

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şamaxı, Qobustan, Siyəzən rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 17-si uşaq olmaqla ümumilikdə 41 nəfər vətəndaş təxliyə olunub.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdən, o cümlədən paytaxtın Nərimanov rayonunda “Bağırov körpüsü” adlanan ərazidəki tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.
Şabranda çaydan sel keçdi, körpülərdə hərəkət məhdudlaşdırıldı – Video

Ötən gündən başlayan güclü yağış nəticəsində Şabran rayonunun içərisindən keçən Dəvəçi çayı daşıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunur ki, güclü sel səbəbindən rayon mərkəzində çayın üzərindəki körpülərdə hərəkət məhdudlaşdırılıb. Həmçinin çay kənarında yerləşən evlərin sakinlərinin təxliyə edildiyi bildirilir.
Bağırov körpüsündə hərəkət bərpa edildi – Video

Nərimanov rayonu ərazisində – Heydər Əliyev prospektinin Bağırov körpüsü adlanan ərazidən keçən hissəsində keçidə dolmuş su tamamilə çəkilib.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verib.
O, toplanmış yağış sularının keçiddən kənarlaşdırıldığını və yolda hərəkətin bərpa edildiyini bildirib.
DİN əlavə polis naryadları cəlb edib – Video

DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir.
Bu barədə nazirliyin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Hərəkətin intensiv olduğu küçə və prospektlərə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.
Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.
Yağışın yollarda yaratdığı fəsadlar aradan qaldırılır – Video

Ölkə ərazisində müşahidə olunan intensiv və güclü yağışın yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.
Bu barədə AAYDA məlumat yayıb.
“Öncədən hava ilə əlaqədar yayılmış xəbərdarlığa əsasən agentliyin bütün təşkilatları gücləndirilmiş iş rejiminə keçib, yollarda suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışmağa davam edir.
Əlavə olaraq fövqaladə hallarda mobil briqadalar fəaliyyət göstərir. Briqadalar suların ekstremal vəziyyətdə kənarlaşdırılması üçün lazımi texniki avadanlıqlarla təchiz edilib”,- məlumatda bildirilib.