
Fevralın 14-dən ağciyər iltihabı ilə xəstəxanada olan Roma Papası Fransiskin müalicəsini aparan həkimlər onun vəziyyətində sabit yaxşılaşma qeydə alaraq müsbət proqnoz veriblər.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında deyilib.
“Əvvəlki günlərdə qeydə alınmış ümumi vəziyyətin yaxşılaşması sabit şəkildə davam edir, bu həm qan analizləri və ümumi obyektiv klinik mənzərə, həm də dərman terapiyasına yaxşı reaksiya ilə təsdiqlənir. Həkimlərin proqnozu müsbətdir. Lakin klinik vəziyyətin mürəkkəbliyini və ilkin olaraq ifadə olunan infeksiyanı nəzərə alaraq, növbəti günlərdə stasionar şəraitdə müalicəni davam etdirmək lazım olacaq”, – məlumatda deyilir.