
Amerika hökuməti döyüş təyyarələrini Amerika paytaxtı Vaşinqton şəhərinin hava məkanını pozan və qonşu Virciniya ştatında qəzaya uğrayan “Cessna Citation” biznes təyyarəsi səbəbindən havaya qaldırıb.
Qeyd olunub ki, təyyarə avtopilotda olub və hakimiyyətin xəbərdarlıqlarına, pilotla əlaqə yaratmaq cəhdlərinə cavab verməyib.
Vurğulanıb ki, qırıcıların hərəkətləri biznes təyyarəsinin qəzaya uğramasına səbəb olmayıb.