Vaşinqton ştatının Milli Qvardiyası prezident seçkiləri dövründə yerli hüquq-mühafizə orqanlarına təhlükəsizliyin qorunmasında kömək edəcək.

Bu barədə regionun qubernatoru Cey İnslinin bəyanatında deyilir.

“Qvardiya dörd gün ərzində – 4-7 noyabr tarixlərində hazır vəziyyətdə olacaq”, – bəyanatda qeyd olunub. Lazım gələrsə, milli qvardiyaçılar yerli hüquq-mühafizə orqanlarına kömək etməlidirlər.

Bildirilib ki, bu qərar qubernator tərəfindən “yalnız ehtiyat tədbiri kimi” ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin “seçki infrastrukturuna” mümkün təhdidlər barədə xəbərdarlığına və Vaşinqton və Oreqon ştatlarında seçki qutularının yandırılması ilə əlaqədar qəbul edilib.