Vaşinqton rəsmiiləri bu il şəhərdə 200 qətl hadisəsi qeydə alıb ki, bu da son 17 ilin ən yüksək göstəricisidir.

Bu barədə “The Washington Post” məlumat yayıb.

Rəsmi statistikaya görə, 2004-cü ildə Vaşinqtonda 248, 2005-ci ildə isə 196 qətl hadisəsi baş verib. Sonrakı bir neçə ildə bu rəqəm əsasən azalıb. 2017-ci ildə Vaşinqtonda 116, 2018-ci ildə 160, 2019-cu ildə 166, 2020-ci ildə 198 qətl hadisəsi baş verib.

Cinayətkarlığın artmasının səbəbləri sırasında qanunsuz odlu silahların yayılması, məhkəmə sisteminin işində yaranan çətinliklərdir, məhbusların həbsxanalardan məcburi azad edilməsi göstərilir.

İstinadlar Report