
Vaşinqtonun hava limanları idarəsinin iki əməkdaşı Potomak çayı üzərində baş verən təyyarə qəzasının müşahidə kameralarından əldə edilmiş eksklüziv video görüntülərinin sızması ilə əlaqədar saxlanılıb.
Bu barədə ABC telekanalı məlumat yayıb.
“Vaşinqtonun paytaxt hava limanları idarəsinin iki əməkdaşı təyyarə və helikopterin toqquşmasını əks etdirən müşahidə kameralarından əldə edilmiş eksklüziv videonun CNN-ə görüntülərinin sızması ilə əlaqədar saxlanılıb”, – nəşrdə qeyd olunub.
Onlar qurumun qeydlərinin icazəsiz surətini çıxarmaqda ittiham olunublar.
Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.