Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş bu gün, iyulun 10-da ABŞ-ın paytaxtında keçiriləcək.

“Əvvəlki mesajın davamı olaraq: Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, – deyə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

İstinadlar Report