
ABŞ tezliklə Səudiyyə Ərəbistanına silah satışına qoyulan qadağanı ləğv edə bilər.
Vaşinqton, çox güman ki, Ər-Riyada üç ildir qüvvədə olan hücum silahlarının satışına qoyulmuş qadağanı yaxın həftələrdə ləğv edəcək.
Qəzetin xatırlatdığı kimi, 2021-ci ildə ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Səudiyyə Ərəbistanının Yəməndə Amerikanın hücum silahları ilə mülki əhalini qırmasına görə Ər-Riyada silah satışını dayandırıb. 2022-ci ildə Ər-Riyad və Səna barışıq əldə etdikdən sonra Vaşinqton bu qərarı yenidən gözdən keçirməyə başlayıb.