Polşanın paytaxtı Varşavanın şərqində avtomobil məktəb hasarı yanında bir qrup insanı vurub, bir neçə nəfər xəsarət alıb.
Bu barədə TVN24 telekanalına polis nümayəndəsi Bartolomey Şnyadala bildirib.
“Hadisə yerində polis tərəfindən əldə edilən ilkin məlumatlara görə, “Kia” markalı minik avtomobilinin sürücüsü məktəbin qarşısındakı dayanacaqda dayanan iki uşağı və bir kişini vurub”, – Şnyadala deyib.
Onun sözlərinə görə, sürücü ayıq olub, hadisə saat 16:00 radələrində Varşavanın şərqindəki Vesola rayonunda yerləşən ibtidai məktəbin yanında baş verib.
Daha sonra Dövlət Yanğın Xidmətinin nümayəndəsi Patrik Topolski “TVN Warszawa” telekanalına müsahibəsində hadisə sonucunda səkkiz nəfərin xəsarət aldığını vurğulayıb.