
Varşavanın Frederik Şopen adına hava limanı yaxınlığında iki ağır qəza baş verib.
Qəzalardan birində ukraynalıların olduğu avtobus aşıb.
Ümumilikdə 16 nəfər, o cümlədən bir uşaq xəstəxanaya yerləşdirilib. Hazırda iki nəfərin ağır yaralandığı məlumdur.
Nəşrin yazdığına görə, əvvəlcə aralarında Ukrayna və Belarus vətəndaşlarının da olduğu 26 nəfəri daşıyan şəhərlərarası avtobus aşıb.