Bakı təcridxanasında olan Ruben Vardanyana Ermənistan baş nazirinin son bəyanatlarına münasibət bildirib.
Bir müddət əvvəl Nikol Paşinyan qeyd etmişdi ki, “Ermənistan hakimiyyəti Ruben Vardanyanı Ermənistana və Dağlıq Qarabağa kimin, “nə məqsədlə və hansı təminatla “göndərdiyini” anlamaq istəyir”.
Bundan sonra iləsi ilə söhbətində Ruben Vardanyan Paşinyana ictimai şərh verilməsini xahiş edib. Vardanyanın ofisi onun Paşinyana cavabını aşağıdakı kimi yayımlayıb:
“Birincisi, hər bir insan başqalarının hərəkətlərini öz həyat modelləri və prinsipləri əsasında şərh edir.
İkincisi, əgər Baş nazirin mənə hər hansı sualı olarsa, o, 2022-ci ilin noyabrında, mən hələ Artsaxın dövlət naziri olduğum son görüşümüz zamanı soruşmaq imkanına malik idi. Buna baxmayaraq, onun istənilən sualına indi də öz imkanlarım daxilində cavab verməyə hazıram.
Üçüncüsü, baş nazirə xatırlatmaq istəyirəm ki, 2018-ci ilin yazında, tərəfdaşlarım və mən onlarla ilk dəfə görüşəndə həmişə sadiq qaldığım və sadiq qalacağım üç məqamı dilə gətirdim:
1. Tərəfdaşlarım və mən Ermənistanın siyasətinə qarışmaq istəmir və bunu etməyəcək.
2. Biz Ermənistan hakimiyyəti ilə münasibətimizdən asılı olmayaraq xeyriyyəçilik edirik, çünki bunu xalq üçün etmişik və edirik. Mənim üçün insanlara kömək etmək əsas vəzifə və humanitar missiya olaraq qalır.
3. Mənim yanaşmamı dəyişə biləcək yeganə şey Artsaxın (qondarma rejim) taleyidir.
2020-ci il hadisələri və Artsaxa qarşı davam edən təhdidlər mənim üçün dönüş nöqtəsi oldu, bunu həmişə açıq və ardıcıl şəkildə demişəm. O vaxtdan bəri mənim bütün hərəkətlərim Artsaxın və onun xalqının taleyi ilə bağlı narahatlıqdan irəli gəlir.
İndi xalqımız öz tarixinin ən çətin, ən ağır mərhələlərindən birini yaşayır. Bütün çətinliklərə və fikir ayrılıqlarına baxmayaraq, inanıram ki, biz bu dövrü də keçib, sülh və işıqlı gələcək qura biləcəyik”.