Beynəlxalq müəllimlər günü ərəfəsində Vətən müharibəsində şəhid olmuş müəllimlərin ailə üzvləri Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən ziyarət olunub.
Ziyarət zamanı Qənbərov Mədət Əzim oğlunun və Vəliyev Vüqar Emin oğlunun müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı qeyd edilib.
Mərd oğullarımızın qəhrəmanlıqla dolu döyüş yolu xatırlanıb, hər birinin göstərdiyi igidlikdən bəhs olunub.