İspaniyanın şərqindəki Valensiya bölgəsində baş verən daşqınlar nəticəsində ən azı 89 nəfər itkin düşmüş ola bilər.

Bu barədə bölgənin Ali Məhkəməsi sosial şəbəkədə məlumat yayıb.

“Məhkəmə-tibb ekspertləri və təhlükəsizlik işçiləri 89 nəfərin itkin düşmüş hesab edir”,- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, İspaniyanın Dövlət Meteorologiya İdarəsi oktyabrın 29-da ölkənin müxtəlif bölgələrində əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

İstinadlar Report