“Rusiya ilə ilk günlərdən etibarən “Sputnik” və “AstraZeneca” peyvəndlərinin tədarükünə dair müvafiq sənədlər imzalanıb. Belə ki, Rusiya bu vaksinin distributorudur. Ancaq bu vaksinlər hələ ki, bizə gəlib çatmayıb”.

Bu barədə Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.

“Bizdə olan məlumata görə, “Sputnik V” vaksini hələ ki, yerli tələbatı qarşılamaqdadır. Bu vaksinlərdən xarici ölkələrə çox məhdud sayda çatdırılıb. “CoronaVac” vaksininə gəldikdə isə, 4 milyon doza tədarükə dair müqavilə bağlanıb. Hazırda hər gün 15-20 min insan vaksin olunur. Bu istiqamətdə biz bütün imkanlardan istifadə edəcəyik, bu sahəyə müvafiq maliyyə vəsaitləri də ayrılıb. Sadəcə istehsalçılardan vaksinləri gözləyəcəyik”.

 

İstinadlar Qafqazinfo