Vaksinin hansı əlavə təsirləri ola bilər? – Video

“Hər bir vaksinin əlavə təsiri var. Bizim COVİD-19-a qarşı ilkin mərhələdə seçdiyimiz inaktiv vaksinlərin əlavə təsirləri daha azdır. Bu əlavə təsirlər baş ağrısı, yüngül qızdırma, bəzən isə halsızlıq ola bilər”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Xəzər” kanalına müsahibəsində deyib.
R.Bayramlı əlavə edib ki, Azərbaycanda istifadə edilməyə başlanılan vaksinlər Türkiyədə 1 milyondan çox həkimə vurulub və heç bir əks təsir aşkarlanmayıb:
“Ölkəmizə gətirilən hər bir vaksin laboratoriya sınaqlarından sonra qəbul edilir. Ölkəmizə gətirilən vaksin seriyası da Türkiyə Səhiyyə Nazirliyinin Əczaçılıq Qurumunun laboratoriyalarında iki həftəlik analiz proseslərindən keçib. Əlimizdə onların bütün analizlərdən uğurla keçməsi barədə rəsmi məlumatlar var. Anlaşmaya uyğun olaraq, bundan sonrakı vaksin partiyaları da belə gətiriləcək”.
TƏBİB sədri bildirib ki, hər bri şəxs vaksinasiya olduqdan sonra 30 dəqiqə ərzində müşahidə altında saxlanılır, üstəlik əks təsirlər barədə onlara verilən məlumat kitabçasından istifadə etməklə ərazi üzrə poliklinikalara müraciət edə bilərlər.
“Azərişığ”ın əməkdaşları qarlı havada iş başında – Video

“Azərişıq” ASC-nin əməkdaşları qarlı və şaxtalı havada əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün səfərbər olunublar.
Ötən gündən bəri davam edən qar və çovğun səbəbindən qurum əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Gün ərzində buzlaşma və yüklənmə səbəbindən elektrik xətlərində baş verən qəzalar aşkar edilərək aradan qaldırılır.
Bu gün evləri yanan məcburi köçkünlərə kirayə pulu veriləcək – VİDEO

“Bu gün Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında baş verən yanğın nəticəsində müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq”.
Bu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində, ümumilikdə 17 mənzilə ziyan dəyib.
Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.
Komitədən bildirilib ki, yanğın baş verən tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü sakinlərin nəzərinə çatdırılıb.
Qeyd edək ki, qeyd olunan binada bu gün yanğın hadisəsi baş verib və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb. Digər yaşayış sahələri yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq.
Gülnar Əliyeva
DİN səhərki qəza haqda məlumat yaydı – VİDEO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb.
verilən məlumata görə, bu gün səhər saat 8 radələrində ağır yol-nəqliyyat hadisəsi baş verib:
“Əsas səbəb yolların qarlı və buzlu olduğu bir vaxtda təcrübəsiz və diqqətsiz sürücülərin hava şəraitinə uyğun sürət həddini seçməmələri olub.
Belə ki, Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində, Qaradağ rayonu ərazisində 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Qəzadan sonra qeyd olunan ərazidə qısamüddətli tıxac yaransa da, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının operativ gördükləri tədbirlər nəticəsində yolda hərəkət tam bərpa edilib.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır, zəruri tədbirlər həyata keçirilir.
Odur ki, bir daha nəqliyyat vasitələrinin sahiblərinə, sürücülərə müraciət edərək onları əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırırıq”.
Müharibədə düşmənə vurulan aviazərbələrin görüntüsü yayıldı – VİDEO

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri ilə düşmənə vurulan aviazərbələri əks etdirən videogörüntülər yayıb.
Azərbaycan 24 həmin videonu təqdim edir:
Ermənistanda etirazçılar universitet binasına basqın etdi – VİDEO

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər universitet binasına basqın ediblər.
Onlar Yerevan Dövlət Universitetinin binasına daxil olublar.
Məlumata görə, aksiya iştirakçıları tələbələri etirazlara qoşulmağa çağırırlar.
Etirazçıların digər qismi isə Ermənistan Dövlət İqtisad Universitetinə daxil olmağa çalışsa da, polis onların qarşısını kəsib.
Xocavəndin Ağdam kəndindən videogörüntülər

Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini yayımlayıb.
“Report” həmin görüntüləri təqdim edir:
Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub – VİDEO

İsmayıllı rayonunda Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub.
Şəhərin mərkəzi küçəsində təşkil edilən fləşmobda Xocalı soyqırımının dəhşətləri, qarlı-şaxtalı havada insanlığa qarşı törədilən cinayətin motivləri yer alıb.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1 275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz həqarətlər edilib.
Qaradağda 10 maşın toqquşdu, ölən var – Video

Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.
Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: “Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.
Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır”.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Bakıya yağan qar qəzalara səbəb oldu – Video

Bakıda hazırda hökm sürən qarlı hava şəraiti yol-nəqliyyat hadisələrini də qaçılmaz edib.
Qar sevinci fonunda paytaxtın bir neçə ərazisində zəncirvari qəzalar baş verib.
Qəzalar xüsusən ötmə əməliyyatları zamanı qeydə alınıb.
Paytaxtda baş verən zəncirvari qəzalardan birinin görüntüsünü təqdim edirik:
Bakıda yaşayış evi yanır – Video

Bu dəqiqələrdə Bakının Nərimanov rayonunda yaşayış evi yanır.
Hadisə Azərbaycan Təfəkkür Universiteti ilə üz-üzə olan küçədə qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Havanın küləkli olması yanğının qarşısını almağa çətinlik yaradır.
Qubadlının Hal kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Qubadlı rayonunun Hal kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir:
Ankaradan Bakıya külli miqdarda brilliant qaşlar keçirmək istədi – Video

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.
Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda – şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilyant qaşlar aşkar olunub.
Aşkar olunan brilliant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edir.
Azərbaycan Ordusu təlim keçir – VİDEO

2021-ci ilin döyüş hazırlığı planına əsasən minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, minaatanların təlim prosesi Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilir.
“Mədəniyyət Nazirliyi atamı hara layiq bilsə, orada dəfn ediləcək” – Video

“Bildiyiniz kimi, atam Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə göndərildi. Bir il orada müalicə aldı. Mən istərdim, öncə Prezidentin ailəsinə öz ailəm adından, bütün Yalçın Rzazadə sevənlərin adından təşəkkür edim. Məhz onların sayəsində Yalçın müəllim bu vaxta qədər bizimlə idi”.
Bu barədə ötən gün vəfat edən Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə bildirib.
O, atasının ölümündən öncə son sözlərini belə ifadə edib: “İyun ayının 15-i Bakıya qayıtdı. Səhhəti normal idi. Hardasa bir aya yaxın idi ki, səhhəti pisləşmişdi. Son bir həftədə isə lap pis oldu. Üç gün demək olar ki, danışmadı. Bilirsiz ki, biz 3 qardaşıq. Atam son qüvvəsini, son gücünü toplayaraq üçümüzü də ətrafında görüb “Necə də xoşbəxtəm?!”, – dedi”.
M. Rzazadə Xalq artistinin harada dəfn edilməsi ilə bağlı sualları da cavablandırıb: “Atamın anası, atası, qardaşı Lənkəranda dəfn edilib. Amma Mədəniyyət Nazirliyi atamı hara layiq bilsə, orada da dəfn ediləcək. Əgər Yalçın müəllimi Fəxri Xiyabana layiq bilsələr, orada dəfn olunacaq. Yəqin ki, yarım saata harada dəfn ediləcəyi dəqiqləşəcək”.
Nazirlik Ağdamın Sırxavənd kəndindən video yaydı

Müdafiə Nazirliyi işğaldan azad edilən Ağdam rayonunun Sırxavənd kəndindən videogörüntülər yayıb.
Sırxavənd kəndi əvvəllər Ağdərə rayonunun tərkibində olub və bu rayon ləğv ediləndə Ağdamın tərkibinə keçib. Kənd 1992-ci il martın 12-də işğal edilib, Vətən müharibəsində azad edilib.
Kəndin işğaldan azad edildikdən sonrakı görüntülərini təqdim edirik:
Ağdamın Sırxavənd kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Sırxavənd kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Həmçinin baxın
Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub – VİDEO
Ankaradan Bakıya külli miqdarda brilliant qaşlar keçirmək istədi – Video
“Mədəniyyət Nazirliyi atamı hara layiq bilsə, orada dəfn ediləcək” – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla