Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 164 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 86, ikinci doza üzrə 12 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 55 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11 nəfər təşkil edib.

İstinadlar Qafqazinfo