Təhsil Nazirliyi müəllimlər üçün ayrılan vakansiyaların artırılması ilə bağlı suallara aydınlıq gətirib.

Bu barədə müəllimlərin işə qəbulu imtahanları ilə bağlı keçirilən canlı yayımda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, məktəbdə əlavə vakansiya yaratmaq mümkün deyil:

“Bizdə əhalinin demoqrafiyası yaxşıdır, say durmadan artır. Uşaqların sayı çoxaldıqca onlara dərs deyən müəllimlər lazım olur. Lakin elə məktəblər var ki, ora illərlə vakansiya olsa da, müəllimlər gedib işləmək istəmirlər. Əgər bu sahəyə işləməyə gəlirsinizsə, təklifləri olduğu kimi qəbul etmək lazımdır. Bu prosesi demoqrafik vəziyyət idarə edir. Vakansiya bizim arzumuzdan asılı olaraq açılmır. Ali məktəblərdə də harada kadra ehtiyac varsa, onlara yer ayrılır”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo