Bütün Şərqi Zəngəzur və Qarabağ ərazisində iri tikinti layihələrinin icrası müasir şəhərsalma tendensiyaları ilə davam etdirilir.

Bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tikinti davamlılıq, inklüzivlik və təhlükəsizliyin prioritet olduğu müasir şəhərsalma tendensiyaları nəzərə alınmaqla aparılır.

V.Hacıyev buna Zəngilan rayonunun “ağıllı kənd”ini nümunə göstərib: “Bu kənd dayanıqlı inkişaf məqsədləri nəzərə alınmaqla salınıb. Bu gün Ağalıda 171 ailə yaşayır, sakinlərin ümumi sayı 870 nəfərə çatır”.