
Qarabağda minalardan çirklənmə regionun yenidən qurulmasına və sakinlərin öz evlərinə qayıtmasına mane olan ən ciddi problemlərdən biridir.
Bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.