Milli Məclisin deputatı Vahid Əhmədov aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Bu Vahid Əhmədov məlumat verib.

Müraciətində deputat Saleh Rüstəmlinin I Qarabağ savaşında iştirak etdiyini vurğulayaraq qeyd edib ki, onun aclıq aksiyası keçirməsi cəmiyyətin geniş təbəqələrində ciddi naratlıq yaradıb:

“Humanizm prinsiplərini əsas tutaraq Saleh Rüstəmli barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirəm”.

Müraciətdə bu təşəbbüsün “Saleh Rüstəmlinin hüquqlarının müdafiə Komitəsi”ndən gəldiyi qeyd edilib.

İstinadlar Qafqazinfo