Üzərinə benzin tökərək özünü yandıran iki uşaq atası ölüb.

İsmayıllının Mücəftaran kənd sakini 1984-cü il təvəllüdlü Rəcəbəliyev Ramil Nazim oğlu üzərinə benzin tökərək özünü yandırıb. Ağır vəziyyətdə olan yaralı əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra Bakıya xəstəxanaların birinə aparılıb. Edilən yardımlara baxmayaraq, R.Rəcəbəliyev bu gün dünyasını dəyişib.

İlkin məlumatlara görə, yoldaşından ayrılan Mücəftaran kənd sakini uşaqlarını görmək üçün rayon mərkəzinə qayınatasıgilə gedib. Qonşuların sözlərinə görə, uşaqlarını görə bilmədiyi üçün gənc ata üzərinə benzin tökərək özünü yandırıb.

Faktla bağlı araşdırma aparılır.

 

İstinadlar Qafqazinfo