
Xəbər verdiyimiz kimi, bu gün magistratura səviyyəsinə qəbul imtahanı keçirilib.
1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Qeyd edək ki, imtahanlar respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb. İmtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.