
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Haaqa üçün Rusiya tərəfinin Ukraynanın mülki əhalisinə qarşı piyada əleyhinə minalardan “şüurlu şəkildə istifadə etdiyinə” dair genişmiqyaslı sübut bazası hazırlayır.
Bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.
Qurum bildirib ki, müharibə başlayandan bəri Rusiya tərəfinin yerləşdirdiyi qurğuların partlaması sonucunda mindən çox dinc sakin xəsarət alıb, onlardan 297-si həlak olub. “Onların arasında çoxlu uşaqlar da var”, – məlumatda diqqətə çatdırılıb.
Yetərincə sübut əldə etdikdən sonra materialların Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi məsələsinə qərar veriləcək.