Suraxanı rayonu Hövsan qəsəbəsində İctimai Səhiyyə layihəsinin açılışı baş tutub.

Layihə 2 il müddətində davam edəcək və USAİD, ÜST, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi ilə birgə həyata keçirilir.

 Layihənin əsas məqsədi ölkədə xəstələnmələrin qarşısını almaq, xəstəliklərin erkən aşkarlanmasını təmin etmək, insan sağlamlığına mənfi təsir göstərə biləcək ətraf mühit amillərinin aşkarlanması və tədbirlərin görülməsinin təşkil etməkdən ibarətdir.

 Hövsanın əsas prioritet seçilməsi bu ərazinin həssas qruplara ev sahibliyi etməsi, əhali sayının artması və local məskunlaşma ilə əlaqədardır.    

 Layihənin rəhbəri İbrahim Durak ÜST üzrə Azərbaycan nümayəndəliyinin konsultantı olaraq fəaliyyət göstərir.

ÜST konsultantı Kövsər Vatansevər, ÜST təmsilçiləri Belgin Ünal və Bülent Kılıç, həmçinin Layihə iştirakçıları Səhiyyə Nazirliyi nümayəndələri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Gömrük Hospitalı, Tibb Universitetin 22 nəfər nümayəndə heyəti “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-ni ziyarət ediblər. Limanda olan infrastrukturla yaxından tanış olublar.

Limanın baş direktoru Rəşad Daşdəmirov qonaqlarla görüş keçirib və onları maraqlandıran sualları cavablandırıb.



İstinadlar Qafqazinfo