Mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirusa yoluxub, 10,4 mindən çox insan xəstəlikdən ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Eyni zamanda, diqqət çəkilib ki, ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 47 %, yoluxmaların sayı 38 % azalıb.

Azərbaycanda isə, “Report”un Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi statistik məlumatlara əsasən apardığı hesablamalara görə, eyni dövr ərzində 306 yoluxma, 20 ölüm halı qeydə alınıb ki, bu da aprelin 10-dan mayın 7-dək olan analoji dövrlə müqayisədə müvafiq olaraq 74 və 67 faiz azalma deməkdir. Belə ki, sözügedən aprel-may dövründə 1 195 yoluxma və 60 ölüm halı qeydə alınmışdı.

İstinadlar Report