
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tibb müəssisələrinin fəaliyyətini təmin etmək üçün Qəzzaya 70 min litr yanacaq çatdırıb.
Bunu ÜST-ün rəhbəri Tedros Qebreyesus bildirib.
Qeyd edilib ki, yanacaq şəhərdəki 20 xəstəxananın və təcili yardım maşınlarının işini təmin etməlidir.
Misirə Qəzzanın 95 min sakinini üç ay ərzində dərman preparatları ilə təmin edəcək təyyarə göndərilir. Bu yükün ardınca daha iki təyyarə təchizatla gələcək.