İranda koronavirusla bağlı mövcud vəziyyətə görə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri həftəsonu bu ölkəyə gələrək dəstək göstərəcəklər.

Bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus 19-26 fevral tarixlərində Çində olan Təşkilatın missiya üzvləri ilə görüşü zamanı bildirib.

Xatırladaq ki, İranda koronavirusa yoluxanlar 139 nəfərə, ölənlər 19 nəfərə çatıb.

İstinadlar Report