Dünyada alkoqoldan ölüm halları qəbuledilməz dərəcədə yüksək olaraq qalır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Yeni hesabatda alkoqol və narkotikdən istifadənin ictimai sağlamlığa təsiri ilə bağlı 2019-cu il məlumatlarına əsaslanan hərtərəfli yenilənmiş məlumat təqdim olunur.

“Alkoqoldan ölüm hallarının bir qədər azalmasına baxmayaraq, 2010-cu ildən bu yana onun istifadəsi nəticəsində ölənlərin ümumi sayı qəbuledilməz dərəcədə yüksək olaraq qalır”, – ekspertlər qeyd ediblər.

2019-cu ildə spirtli içkilər 2,6 milyon insanın həyatına son qoyub ki, bu da həmin il qeydə alınmış bütün ölümlərin 4,7 %-nə bərabərdir. Özü də ən yüksək ölüm göstəriciləri Avropa və Afrika regionlarında qeydə alınıb.

İstinadlar Report