Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beyrut dəniz limanında baş verən partlayışdan sonra Livan əhalisinə təcili tibbi yardım göstərmək üçün beynəlxalq ictimaiyyəti 15 milyon ABŞ dolları ayırmağa çağırıb.

Bu barədə təşkilatın rəsmi nümayəndəsi Kristian Lindmayer Cenevrədə keçirdiyi brifinqdə söyləyib.

O, bu vəsaitin yaralıların müalicəsi, səhiyyə sahəsində humanitar ehtiyacların ödənilməsi və ölkədə pandemiyaya qarşı mübarizəni davam etdirmək üçün istifadə ediləcəyini vurğulayıb.

K.Lindmayer bildirib ki, Beyrut limanında baş verən partlayış nəticəsində ÜST-nin içərisində tibbi materiallar olan 17 konteyneri tamamilə məhv olub.

İstinadlar Report