Çin və Ümumdünya Səhiyyə Təşkilatı hazırda koronavirusun yaranma izlərini axtarmaq üçün ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyətinin Çinə səfər etmək imkanlarını müzakirə edirlər.

Bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan brifinqdə bildirib.

“Koronavirusun mənşəyinin müəyyənləşdirilməsi elmi məsələdir. Hazırda dünyanın müxtəlif ölkələrindən mütəxəssislər bu barədə araşdırmalara başlayıblar. Amma koronavirusun ilkin mənbəyinin müəyyən edilməsi çox çətin prosesdir, bir çox ölkənin iştirakını tələb edə bilər”, – diplomat əlavə edib.

İstinadlar Report