Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.

Qurumun Mətbuat Xidmətindən verilən məlumatda uşaqların internet asılılığından xilas olması üçün müvafiq tövsiyələr verilib. Onlar aşağıdakı kimidir:

– övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək  üçün telefondan, planşetdən istifadə etməyin;

– övladlarınızın suallarını cavabsız qoymayın, “işim var, məşğulam, sonra…” deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual “dost”lar axtaracaq; 

– günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;

– övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;

– övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;

– övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.

İstinadlar Qafqazinfo