Gün ərzində iki stəkan süd içmək uşaqlarda həm boy artımına kömək edir, həm də sümük quruluşunu gücləndirir. Südün boy uzatması üçün gecə yatmadan əvvəl içilməsi vacibdir. Çünki bu saatda içilən süd böyümə hormonunun ifrazını təmin edir. Tərkibində kalsium olan süd məhsulları əzələlərin bərkiməsi üçün faydalıdır.Immunitet sisteminin möhkəmləndirilməsində və bədənin sağlamlığının qorunmasında aparıcı rol oynayan brokkoli uşağın boyunun uzanmasını təmin edən əhəmiyyətli tərəvəzdir. Uşaqlar tərəfindən bəyənilməsə də, müntəzəm olaraq istifadəsi tövsiyə olunur. Elmi-tədqiqatlar göstərir ki, sevilməyən qidaların müəyyən qayda ilə yeyilməsi zamanla vərdiş halı yaradır.Qurudulmuş meyvələr də kalsium mənbəyidir. Bu səbəbdən uşağın boyunun uzanmasına kömək edir. Qəlyanaltı olaraq və ya süd ilə birlikdə şəkər ehtiyacını ödəmək üçün uşağa verilir. Çox yeyilərsə, çəki problemlərinə səbəb ola bilər. Bu səbəbdən qurudulmuş meyvələrin istehlak miqdarı vacibdir. Gün ərzində 4-5 quru ərik, 2 quru əncir və 1 ovuc qara kişmiş kifayət edir.Ağ lobya kalsium ilə zəngindir. Uşaqların boyunun uzanmasına kömək olacaq bu qida yeməklərdə müntəzəm şəkildə istifadə olunmalıdır.

İstinadlar Qafqazinfo