“Uşaqları icbari tibbi sığorta təminatı hesabına pulsuz sünnət etdirmək mümkündür”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat verib. 

O qeyd edib ki, sünnət icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. 

Agentlik rəsmisi bildirib ki, Xidmətlər Zərfində 900-dən çox tibbi xidmət mövcuddur. Bura bir sıra bahalı əməliyyatlar, o cümlədən, ürək, oftolmoloji və endoprotezlərin yerləşdirilməsi və digər cərrahi əməliyyatlar daxildir.

İstinadlar Qafqazinfo