
Türkiyə ilə Avropa ölkələri arasında qalmaqallar bitmək bilmir.
Azərbaycan 24 xəbər verir ki, Türkiyə Konstitusiya Məhkəməsinin “15 yaşadək uşaqlarla hər cür cinsi təmasın qadağan edilməsi” barədə maddənin digər maddə ilə ziddiyyət təşkil etdiyi üçün ləğv edilməsi Avropa tərəfindən səhv qələmə verilməkdə davam edir.
İsveçin xarici işlər nazirinin ardından bu dəfə baş nazir Türkiyəni hədəfə alıb.
Stefan Löfven Türkiyənin qərarının “qorxunc” adlandırıb və uşaq hüquqlarını qoruyacaqlarını deyib: “Bu, geriyə addımdır. Uşaq uşaqdır, yaş fərqi qoyulmadan onların hüquqları qorunması sahəsində mövqeyimizi ortaya qoyacağıq”.