“Uşaq pulu məsələsi pandemiyadan sonrakı mərhələdə müzakirə edilsin”. Bu fikirləri söyləyən deputat Fazil Mustafa isə ümumən REAL TV rəhbərinin açıqlamaları ilə razıdır:

“Deputatlar bütün digər məsələlər kimi, uşaq pulu məsələsini də qaldıra bilərlər. Amma Mirşahin müəllim yəqin daha vacib məsələləri nəzərdə tutub. Bu vacib məsələlər də ordu və təhsillə bağlıdır. Deputatlar sosial məsələləri də qaldırmalıdır. Amma fikrimcə, daha çox real məsələlər üzərində fikir yürütməlidirlər. Uşaq pulu məsələsini pandemiyadan sonrakı mərhələdə gündəmə gətirmək olar. Çünki indiki dövrdə bütün məsələlər daha çox pandemiyadan xilas istiqamətinə yönəlməlidir. Hər kəsin müstəqil fikri ola bilər. Bu baxımdan o da aktual saydığı fikirləri söyləyib”.