ABŞ-ın vitse-prezidenti Kamala Harris Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yeni rəhbəri Samant Pauerə and içdirib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Mərasimdə USAID-in yeni rəhbərinin həyat yoldaşı, qızı, oğlu və ögey atası iştirak ediblər.

Pulitser mükafatı laureatı (2003), 50 yaşlı irlandiyalı Samanta Pauer 2003-2017-ci illərdə ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasının BMT-dəki daimi nümayəndəsi vəzifəsini tuturdu.

S.Pauer ermənipərəst mövqeyi ilə seçilir. Daha əvvəl o, növbəti dəfə ermənilərə dəstəyini nümayiş etdirərək tvitter səhifəsində “erməni soyqırımı”na aid silsilə tvitlər yazmışdı.  

İstinadlar Qafqazinfo