
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb.
Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Agentliyin Vaşinqtondakı Ronald Reyqan binasında yerləşən baş qərargahından quruma aid lövhənin çıxarıldığı qeyd olunur.
Milyarder İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) agentliyin məxfi məlumatlarının olduğu bütün kompüter sistemlərini nəzarətə götürüb.
Ötən il USAID təxminən 40 milyard dollar məbləğində vəsaitə sərəncam verib.