Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsseldə ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşü çərçivəsində Avropanın müdafiə xərclərini artırmaq planları barədə danışıb.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ursula fon der Lyayen Aİ-nin Ukraynanın maliyyə sabitliyi və müdafiəsinin təmin edilməsində həlledici rolunu vurğulayıb və ümumi öhdəliyin 135 milyard avro təşkil etdiyini qeyd edib.

O, Avropanın müdafiə istehsalını və xərclərini artırmaq planlarına, Avropa və Ukraynanın hərbi imkanlarının gücləndirilməsinə diqqət çəkib.

“Avropa Ukraynaya hərbi yardımın tam payını daşıyır və daha çox iş görməyə hazırdır”, – deyə Ursula fon der Lyayen vurğulayıb.

İstinadlar Report