Ukraynanın Avropa İttifaqına inteqrasiyası səylərimizin mərkəzindədir.

Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 4-cü Krım platforması sammiti ilə əlaqədar videomüraciəti zamanı deyib.

O qeyd edib ki, bu yay Ukraynanın Aİ-yə qoşulması ilə bağlı rəsmi danışıqların başlaması tarixi hadisədir: “Ukrayna onu dəstəkləyən böyük bir ailəyə qoşulur”.

Avropa Komissiyasının prezidenti bu vaxta qədər Ukraynaya 118 milyard avrodan çox dəstək göstərdiklərini də vurğulayaraq əlavə edib ki, bu dəstəyin davamı gələcək.

“Ukraynalılar ədalət, demokratiya və Avropa gələcəyini cəsarətlə tələb etdilər. Aydındır ki, Krım və Sevastopol Ukraynadır. Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən heç vaxt yorulmayacaq. Yalnız sərhədlərin dəyərli olduğu yerdə insanlar üçün təhlükəsizlik və sülh mövcud ola bilər”, – o bildirib.

Ursula fon der Lyayen onu da diqqətə çatdırıb ki, Avropa cinayətlərin hər birini sənədləşdirmək üçün Ukraynanın yanındadır:

İstinadlar Report