Avropa İttifaqı (Aİ) 2022-ci ilin fevralından Ukraynaya ümumilikdə 134 milyard avro (140 milyard dollar) məbləğində maliyyə və hərbi yardım göstərib.

Bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında deyib.

“Bu, digər hər hansı ölkənin töhfəsindən daha çoxdur. Bunun 52 milyard dolları hərbi yardımdır. Biz ABŞ ilə birlikdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdik. Ukrayna ilə Aİ-yə üzvlük üzərində işləyirik, çünki onların gələcəyi burda, Avropadadır”, – o bildirib.

İstinadlar Report