
Fevralda Avropa İttifaqına (Aİ) Rusiyanın enerji resurslarından tam imtinanı nəzərdə tutan plan təqdim olunacaq.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentinin deputatları qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Aİ-də enerji qiymətlərinin Çin və ABŞ-dəki qiymətlərlə müqayisədə yüksək olmasına baxmayaraq, Rusiyanın enerji resurslarından tam imtina etmək lazımdır.