ABŞ-nin Avropa İttifaqına (Aİ) qarşı əsassız tariflərinə cavab çox qəti olacaq.

Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen bildirib.

“ABŞ-nin Avropa polad və alüminium ixracatına tariflər tətbiq etmək qərarından dərin təəssüf hissi keçirirəm. Tariflər vergilərdir, bu isə biznes üçün pis, istehlakçılar üçün daha pisdir”, – o qeyd edib.

AK sədri vurğulayıb ki, Avropa İttifaqına qarşı əsassız tariflər cavabsız qalmayacaq:

“Onlar qəti və mütənasib əks tədbirlərə səbəb olacaq. Avropa İttifaqı öz iqtisadi maraqlarını qorumaq üçün hərəkət edəcək. Biz işçilərimizi, biznesimizi və istehlakçılarımızı qoruyacağıq”.

İstinadlar Report