“URBAN CREW” şirkəti COP 29  ərəfəsində “ACWA Power” şirkətinin rəsmi nümayəndəsidir.

Bunu “URBAN CREW” şirkətinin direktoru Cəlilzadə bildirib.

Bu ilin 11-22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.  

Bu, qlobal istiləşmənin qarşısının alınması, iqlim dəyişikliyinə uyğunlaşma və bu məqsədlər üçün maliyyələşmənin səfərbər edilməsi tədbirlərinin müzakirə olunacağı vacib bir tədbirdir.

Konfransın zamanı bir çox şirkətlər gücləndirilmiş iş rejimində işləyəcəklər.

“URBAN CREW” şirkəti də  COP29 zamanı  gücləndirilmiş iş rejimində çalışacaqdır. Belə ki, şirkət dünyanın ən böyük mineralsızlaşdırılmış su təchizatçısı olan “ACWA Power” şirkətinin COP29  zamanı  şirkətin  tədbirinin təşkilatçılığını, məkan idarəetmə (DMC) işlərini yerinə yetirəcək, iştirakçıların rahatlığı və loqistika işlərində yüksək səviyyədə xidmət göstərəcək. 

Ü.Cəlilzadə bildirib ki, “ACWA Power” şirkətinin tərəfdaşı olmaq bizim üçün məsuliyyətli bir işdir.  COP 29 konfransı çərçivəsində məsuliyyətli iş həyata keçirəcəyik. Belə ki,  “ACWA Power” şirkəti Bakıda keçiriləcək möhtəşəm COP29 tədbirinin Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı olaraq çox böyük tərbir həyata keçirəcək. Həmin tədbirin təşkilatçılığını, məkan idarəetməsi işlərini, iştirakçıların rahatlığı və loqistika işlərini “URBAN CREW” şirkəti həyata keçirəcək. Hal-hazırda tam sürətilə hazırlıq işlərimiz davam edir. İnanırıq ki, peşəkar komandamızla hər işi yüksək səviyyətə həyata keçirəcəyik”.

Qeyd edək ki, “URBAN CREW” şirkəti  müxtəlif növ tədbirlərin təşkilini, tədbir məkanlarının rezervasiyasını, tədbirlərin logistikasını, qonaqların otellərə yerləşdirməsini, qonaqlar üçün daxili turların təşkilini, biznes müzakirələri üçün görüş otaqlarının və texniki dəstəyin təmin edilməsini həyata keçirir.

İstinadlar Qafqazinfo