Uqanda hakimiyyəti Ebola virusu əleyhinə peyvəndi sınaqdan keçirməyə başlayır.

Bunu Uqanda Virusologiya Tədqiqat İnstitutunun icraçı direktoru Pontiano Kalibu deyib.

Onun sözlərinə görə, 2 min dozaya qədər peyvəndin tətbiq edilməsi planlaşdırılır. Bununla belə, vaksin eksperimental xarakter daşıyır və lisenziyaya malik deyil.

Xatırladaq ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı effektivliyini qiymətləndirmək üçün Uqandaya 2,1 min dozadan çox Ebola vaksini göndərib. Təşkilat bildirib ki, sınağın məqsədi potensial təsirli peyvənd namizədini qiymətləndirmək və əgər effektiv olarsa, potensial olaraq mövcud epidemiyaya son qoymağa və gələcəkdə risk altında olan əhalini qorumağa kömək etməkdir.

Xəstə insanlarla təmasda olan və yüksək risk qrupunda olan insanların peyvəndin sınaqlarına qatılmasına icazə veriləcək.

İstinadlar Report