Uqandada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində azı 10 nəfər ölüb.

Bu barədə yerli “NBS” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Rubirizi vilayətində idarəetməni itirən sürücü avtomobili iki avtobusa vurduqdan sonra yaxınlıqdakı mağazalara çırpıb.

Bundan sonra partlayış baş verib. Bildirilir ki, dağıntılar altında onlara insan qalıb.

İstinadlar Report