Universitetin bufetindəki dönərdən zəhərlənən tələbələr danışdı – Video
Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin Qazax filialının bufetində 18 tələbə dönərdən zəhərlənib.
Zəhərlənən tələbələr “Xəzər TV”yə açıqlamalarında hadisənin təfərrüatını danışıblar.
“Universitetin bufetində dönər yedim, elə həmin gün vəziyyətim pisləşdi. Qızdırmam qalxdı, mədəm bulandı. Məndən başqa yaxın dostum da dönərdən zəhərlənib”, – tələbələrdən biri bildirib.
Digər tələbənin sözlərinə görə, bu hal ilk dəfədir baş verib: “Üç ildir ki, bu bufetdə dönər yemişik, ama heç belə halla qarşılaşmamışdıq. Ancaq 2 gün əvvəl dönərdən zəhərləndik. Həkimlərin səyləri nəticəsində bu gün daha yaxşıyıq”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb.
Daha ətraflı “Xəzərxəbər”in sujetində:
İordaniya ‘Arsax’ haqda filmin “Oskar” mükafatına namizədliyini ləğv etdi – Video
Cari ilin sentyabr ayında erməni əsilli İordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi “mənim şirin torpağım” adlı filminin “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün seçilməsinə baxmayaraq, filmin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olduğu nəzərə alınaraq, Azərbaycan tərəfinin narahatlığı dərhal İordaniya tərəfinə çatdırılıb.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İordaniya tərəfinin erməni əsilli rejissorun Azərbaycan əleyhinə çəkdiyi filmi “Oskar” nominasiyasından geri götürməsi ilə bağlı medianın sualına cavabında bildirib.
“Erməni tərəfinin iddiasının əksinə, burada hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Məhz İordaniya Kral Film Komissiyasının müstəqil şəkildə qəbul etdiyi qərar nəticəsində film sonda “Oskar” mükafatına təqdim edilməyib və İordaniyada filmin nümayişi dayandırılıb. İordaniya tərəfinin bu qərarını alqışlayırıq”, – A.Hacızadə qeyd edib.
Prezidentin xalqa müraciətinin – Videosu
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlət başçısı buarada xalqa müraciət edib.
“Qafqazinfo” həmin müraciətin videosunu təqdim edir:
Türkiyəli fermerdən Azərbaycana özünəməxsus təbrik – Video
Türkiyənin Kırklareli bölgəsində yaşayan fermer Azərbaycanın Zəfər Gününü növbəti dəfə özünəməxsus şəkildə təbrik edib.
Burak Tunçkol adlı fermer tarlasında texnika ilə “Qarabağ Azərbaycandır, Qarabağ zəfərinin 4 ili tamam olur” sözlərini yazıb.
O, təbrikinin hazırlanmasına təqribən 4 saat vaxt sərf etdiyini qeyd edib.
Xatırladaq ki, B.Tunçkol bundan əvvəl öz tarlasında “Azərbaycan, Cümhuriyyət bayramın mübarək olsun” yazmışdı.
DİN-dən Zəfər Günü paylaşımı – Video
Daxili İşlər Nazirliyi (DİN) Zəfər Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Qətiyyətli Sərkərdə, Müzəffər Ordu, Qalib Xalq. 8 Noyabr – Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşanın işğaldan azad olunduğu gün, həm də Zəfər Günüdür!
Daxili İşlər Nazirliyinin kollektivi adından bu münasibətlə qalib xalqımızı təbrik edirik”.
Yeni qaydalar dönərin qiymətinə təsir edəcək? – Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərin hazırlanması ilə bağlı yeni qaydalar müəyyənləşdirib.
Dönərçilər yeni qaydaların aldıqları dönər ətinin qiymətinə də təsir etdiyini bildiriblər.
Yeni qaydaların onlara sərf etmədiyini deyən dönər ustaları hesab edirlər ki, toyuq və ət dönərinin hər ikisinin qiyməti artacaq.
Qaydalara görə, qırmızı ət dönəri qoyun və ya quzu ətindən, mal və ya onların qarışığından, quş ətindən hazırlanmış dönəri isə toyuq əti və hind toyuğu və ya bu quş ətlərinin qarışığından hazırlana bilər.
AQTA-dan “Xəzər Xəbər”ə verilən məlumata görə, çiy dönərin hazırlanması və istehlakı ilə bağlı da şərtlər təsdiqlənib.
Qeyd olunub ki, çiy dönərin və donu açılmış çiy dönərin şaquli vəziyyətdə tərpənməz saxlanması təmin olunmaqla nəqliyyat vasitələrində daşınma müddəti 4 saatı keçməməli və daşınma başa çatdırıldıqdan sonra dərhal bişirməyə başlanmalıdır. Dönərin bişirilməyə başlandığı andan etibarən yararlılıq müddəti isə ən çoxu 12 saatdır.
Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Ramin Cəfərov: Şuşadakı Qlobal Media Forumu təcrübə mübadiləsi üçün uğurlu alternativ platformadır – VİDEO
Şuşada keçirilən Qlobal Media Forumu beynəlxalq miqyasda dialoq, təcrübə mübadiləsi və aktual məsələlərin müzakirəsi üçün uğurlu alternativ platformadır.
Bunu Rusiyanın paytaxtı Moskvada MDB dövlətlərinin “Dəyişən dünyada medianın inkişafı” adlı III media forumunda “Baku TV”nin direktoru Ramin Cəfərov deyib.
“Şuşa Media Forumu minə yaxın jurnalisti bir araya gətirdi, tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev xarici KİV nümayəndələri ilə görüşdü. Gələcək məhz bu cür forumlarındır, burada həmkarlarla ünsiyyət qura və təcrübə mübadiləsi edə bilərik”, – R.Cəfərov bildirib.
O, həmçinin süni intellekt mövzusuna toxunub və bunun bir çox sahələrdə fəal şəkildə tətbiq edildiyini vurğulayıb.
R.Cəfərovun sözlərinə görə, müxtəlif platformalarda sözügedən mövzuda çoxlu müzakirələr aparılıb, lakin hələ də dünyada onun bəzi sahələrdə faydalılığı ilə bağlı yekdil rəy yoxdur:
“Əslində, 1990-cı illərdə kompüterlər həyatımıza tam daxil olanda biz yeni cihazı idarə etmək üçün müvafiq mütəxəssisləri cəlb etmişdik, hesab edirəm ki, indi də savadlı, süni intellektlə işləyə bilən gəncləri cəlb etməliyik”.
Vilayət Eyvazova xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 7-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 163 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 23 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Bakıxanovda qülləli kranın istismarı dayandırıldı – Video
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən aparılan tikinti işlərində istifadə edilən qülləli krana baxış keçirilib.
Baxış zamanı qülləli kranın istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, qülləli kranın istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, kranın iş icra layihəsinə uyğun istismar edilmədiyi müəyyən olunub.
Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qülləli kranın istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və agentliyin qərarının surətləri sahibkara təqdim edilib.
Ödənişli yoldan bu kartla keçəcəyik – Video
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın satışına başlanılır.
Bu barədə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” (AAYDA) məlumat yayıb.
Bildirilib ki, “Sürətli Keçid Kartı”nı Sumqayıt 2, Quba və Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı “ASAN xidmət” mərkəzlərindən, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrində yerləşən satış məntəqəsindən, eyni zamanda Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqəsindən əldə etmək mümkündür.
“Sürətli Keçid Kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.
“Sürətli Keçid Kartı” içərisində xüsusi çip yerləşdirilmiş kiçik bir kartdır. Ödənişli yoldan istifadə zamanı, ödəmə keçid məntəqələrində quraşdırılmış xüsusi qurğular bu çipdəki məlumatları avtomatik olaraq oxuyur.
Kartları düzgün istifadə etmək üçün avtomobilin ön alın şüşəsinə kartı qoruyucu lentdən ayıraraq, qeyd olunan standartlar (ön alın şüşəsinin sağ künc hissəsində) əsasında yerləşdirmək kifayətdir.
Kartın balansını satış məntəqələrində və ya onlayn şəkildə artırmaq mümkündür.
Onlayn balans artırmaq üçün:
1. www.tollroad.az və ya www.odenisliyol.az saytına daxil olun.
2. “Balans artırma” bölməsinə keçid edin.
3. “Sürətli Keçid kartı”nın alışı zamanı sizə təqdim olunmuş qeydiyyat məlumatlarından istifadə edərək, hesabınıza daxil olun.
4. Bank kartı vasitəsilə ödəniş edin.
Balans artırma və “Sürətli Keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.
“Sürətli Keçid kartı”nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda yuxarıda qeyd olunan satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.
Bundan əlavə yaranmış çətinliklərlə bağlı dəstək xidməti fəaliyyət göstərir. Xidmətə www.tollroad.az, www.odenisliyol.az web saytları üzərindən müraciət edə və ya [email protected] email ünvanına elektron məktubla məlumat vermək olar. Həmçinin *1009 Qaynar xəttinə də müraciət etmək mümkündür.
Qeyd edilib ki, 1 ay ərzində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm “Sürətli Keçid Kartı” əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkün olacaq.
Qeyd olunan müddət bitdikdən sonra isə ödənişli yoldan yalnız “Sürətli Keçid Kartı”nın sahibləri istifadə edə biləcəklər.
Ramil Səfərov meyxanaçı Xəyyamı ziyarət etdi – Foto – VİDEO
Azərbaycan ordusunun zabiti Ramil Səfərov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Xəyyam Əhmədlini ziyarət edib.
Polkovnik-leytenant Səfərov ötən gün yataq şəraitində müalicə alan meyxanaçının evinə gedib.
Onlar birgə söhbət edib, foto çəkdiriblər.
Ramil Səfərovun meyxanaçıya xüsusi rəğbətinin səbəbi isə Macarıstanda 8 il həbsdə olarkən Xəyyamın ona “Məmləkətim” və ya ikinci adı ilə “Hələ oğlun salamatdır” adlı mahnı bəstələməsidir. Həmin mahnı Ramil Səfərov həbsdə olduğu və sonrakı dövrdə də sevilərək dinlənilib.
Qeyd edək ki, Xəyyam 1 ildən çoxdur ürək çatışmazlığından əziyyət çəkir.
İsmayıllıda üçmərtəbəli univermağın fəaliyyəti dayandırılıb – VİDEO
İsmayıllıda üçmərtəbəli univermağın fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermaqda yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu natamam quraşdırılıb və işlək vəziyyətdə deyil;
– təxliyə çıxışları və pilləkən qəfəsi əşyalarla tutulub;
– təxliyə çıxışlarını göstərən elektron lövhələr mövcud deyil və təxliyə planı yoxdur;
– obyektin daxili elektrik təsərrüfatında elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib və nasaz elektrik qurğularından, örtüyü zədələnmiş elektrik naqillərindən istifadə edilib;
– daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktik baxış keçirilərək naqillərin gərginliyə dayanıqlığı yoxlanılmayıb;
– obyekt normalara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
– mövcud daxili yanğın su kranları işlək vəziyyətdə deyil;
– obyektin birinci mərtəbəsi layihədənkənar taxta arakəsmələrlə otaqlara bölünərək istismar olunur;
– obyektin ticarət sıralarında ara məsafəsi normativlərə uyğun deyil.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermağın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Hərbi gəmilərin döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılıb – VİDEO
2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, üç mərhələ üzrə həyata keçirilmiş təlimdə HDQ-nin döyüş gəmiləri dəstəsi və dəniz piyadaları iştirak edib.
Təlim zamanı döyüş fəaliyyətinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda, gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılıb.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd ölkəmizə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə döyüş əməliyyatlarının aparılması və müxtəlif şəraitdə gəmi taktiki qruplarının müvafiq tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətlərin yerinə yetirilməsidir.
Gəncədə qanunsuz tikili sökülüb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncədə qanunsuz tikilini söküb.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Almaz Aşırov küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib:
“Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb”.
Bir qız uşağının gözü ilə… – Azərbaycanın yeni şəxsiyyət vəsiqələri! – VİDEO
Onların adları, fotoları, doğulduqları yerlər açıqlanandan bəri bölgələrimizə də baxış dəyişib. Artıq rayonlar adlarının meyvələrlə, yeməklərlə, dağlarla, göllərlə qiyaslanmasını lazım saymır. Yeni Azərbaycanı görmək üçün kəndlərin, şəhərlərin girişindəki şəhid lövhələrinə baxmaq kifayətdir. Həmin lövhələr həm də ölkəmizin yeni şəxsiyyət vəsiqələridir…
“Qafqazinfo”nun 8 Noyabr – Zəfər Günü ilə bağlı hazırladığı sənədli filmin adı da məhz belədir: “Azərbaycanın yeni şəxsiyyət vəsiqələri”
Filmdə görüntülər bir qız uşağının gözü ilə təsvir edilir. Bakıdan yola çıxan azyaşlı bölgələrimizdəki şəhid lövhələrinin qarşısına qərənfil düzür, qələbədən sonrakı yeni Azərbaycan reallıqları ilə qarşılaşır.
“Azərbaycanın yeni şəxsiyyət vəsiqələri”nin çəkilişləri 20-dən çox rayonda aparılıb, film müasir texniki avadanlıqlarla ərsəyə gəlib.
Videonu instaqram, teleqram və feysbuk kanallarımızdan da izləyə bilərsiniz.
“Euronews” Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb – VİDEO
“Euronews” Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb.
Reportajda bildirilir ki, COP29 konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi olacaq.
“Bakıda Olimpiya Stadionunun yanında 112 min m²-lik bir meydança yaradılıb və burada iqlim maliyyələşdirilməsi və tullantıların azaldılması ilə bağlı mühüm məqsədləri müzakirə etmək üçün 40 mindən çox nümayəndə və dünya liderləri toplanacaq. Azərbaycan COP29-un ev sahibi olmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiqliyini nümayiş etdirir”, – süjetdə deyilir.
Burada, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaradılmış şərait, nəqliyyatın intellektual idarə olunması tədbirləri və genişləndirilmiş yerləşdirmə imkanları vurğulanır ki, bu da Azərbaycanın tədbiri keçirməyə hazırlığını göstərir.
Artıq bölgələrimiz onlarla tanınır! – Video
Onların adları, fotoları, doğulduqları yerlər açıqlanandan bəri bölgələrimizə də baxış dəyişib.
Artıq rayonlar adlarının meyvələrlə, yeməklərlə, dağlarla, göllərlə qiyaslanmasını lazım saymır.
Yeni Azərbaycanı görmək üçün kəndlərin, şəhərlərin girişindəki şəhid lövhələrinə baxmaq kifayətdir. Həmin lövhələr həm də ölkəmizin yeni şəxsiyyət vəsiqələridir….
“Qafqazinfo”nun 8 Noyabr – Zəfər Günü ilə bağlı hazırladığı sənədli filmin treylerini təqdim edirik:
Həmçinin baxın
İordaniya ‘Arsax’ haqda filmin “Oskar” mükafatına namizədliyini ləğv etdi – Video
Ramin Cəfərov: Şuşadakı Qlobal Media Forumu təcrübə mübadiləsi üçün uğurlu alternativ platformadır – VİDEO
Hərbi gəmilərin döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılıb – VİDEO
Bir qız uşağının gözü ilə… – Azərbaycanın yeni şəxsiyyət vəsiqələri! – VİDEO
“Euronews” Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb – VİDEO
Bakıda avtomobil mühərriki yağlarının qablaşdırılması sexində yanğın olub – VİDEO
“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq – Video
FHN: Son bir ayda təhlükəli və köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib – VİDEO
Serbiyalı professor: Fransa Yeni Kaledoniyada etirazçılara həddindən artıq güc tətbiq edib – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla