QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2023) açıqlanıb.

Sözügedən reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib.

QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir.H-indeks və beynəlxalq elmi əməkdaşlıq.

Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub. Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 – 340 universitetlər qrupuna, Azərbaycan Dövlət İqtisad Universiteti isə “İqtisadiyyat və ekonometrika” üzrə dünyada ən yaxşı 501 – 530 universitetlər qrupuna daxil olub.

İstinadlar Qafqazinfo