“UN-Habitat” BMT-nin bu proqramının fəaliyyətinə dəstək verdiyi üçün Azərbaycana təşəkkür edib.

Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif bildirib.

O, Ümumdünya Şəhər Forumunun XI sessiyası (WUF 11) çərçivəsində görüşə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib.

“Bu, çoxşaxəli forumdur. Burada milli, regional və yerli hökumət nümayəndələri iştirak edirlər. Görüşdə biz bütün dünyada, o cümlədən Azərbaycanda insanların rifahı naminə necə işləyə biləcəyimizi müzakirə etdik. Göstərdiyi dəstəyə görə bu dövlətə təşəkkürümü bildirirəm”, – Maimuna Mohd Şərif deyib.

İstinadlar Report