Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 7-8 oktyabr 2023-cü il tarixlərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə açıq festival keçiriləcək.

Abşeron yarımadasında yerləşən Korgöz massivində (Bakı qulaqları) baş tutacaq yarış kişilər və qadınlar arasında 2 növ – boulderinq və çətinlik üzrə təşkil olunacaq.

Festivalın qalibləri Azərbaycan Alpinizm Federasiyasının qaydalarına əsasən müəyyən olunacaq və ilk 3 yerin qalibi  müvafiq diplom, medal və hədiyyələrlə  mükafatlandırılacaq.

Festivalda iştirak etmək istəyənlər 2 oktyabr 2023-cü il tarixinədək Azərbaycan Alpinizm Federasiyasının facebook səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər. 

Elektron müraciət forması:  https://forms.gle/3BpyJc6BaUgXgHTFA

Əlavə məlumat əldə etmək istəyənlər Festivalın idman direktoru Çingiz Tağızadə ilə əlaqə saxlaya bilərlər. 
Əlaqə nömrəsi: 055-570-49-09, e-poçt: [email protected]

İstinadlar Qafqazinfo