Azərbaycan hökuməti olaraq Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıqdan məmnunuq. İki qardaş ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.